Digər
Avropa şirkətləri yeni məkanlar axtarır - Politoloq
Çinin Fransadakı səfiri Lu Şae yerli nəşrlərdən birinə verdiyi açıqlamada ölkəsinin Tayvan adasını hərbi yolla geri qaytarmağa hazır olduğunu bildirib. Böyük ehtimalla səfir rəsmi Pekinin təlimatı ilə yerli nəşrlərdən birinə belə bir açıqlama verib.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, ABŞ hərbi təyyarələri Tayvan adası ətrafında kəşfiyyat uçuşlarını davam etdirir: "Son aylarda bu uçuşların sayı artıb və bu durum Pekini ciddi narahat edir. Pekin bu uçuşların bölgədə vəziyyəti gərginləşdirdiyi qənaətindədir. Çin Müdafiə Nazirliyi açıqlama yayaraq Pentaqonu Tayvana hərbi dəstək verməkdən imtina etməyə çağırıb. Vaşinqton Tayvanla bağlı siyasətini dəyişməyəcək. ABŞ prezidenti Co Bayden 23 mayda verdiyi açıqlamasında Tayvana hücum olacağı halda ABŞ-ın adanın müdafiəsində iştirak edəcəyini bildirib. Bu, Vaşinqtonun Pekinə ciddi xəbərdarlığı idi".
E.Şahinoğlu vurğulayıb ki, Mövcud vəziyyət Avropa İttifaqını da narahat edir: "Çünki Çin Tayvana qarşı hərbi əməliyyata başlayarsa Avropa İttifaqı Rusiyanın timsalında olduğu kimi Çinə qarşı da sərt sanksiyalar tətbiq etmək məcburiyyətində qalacaq. Aparılan sorğular göstərir ki, Çində fəaliyyət göstərən Avropa şirkətlərinin dörddə biri bu ölkəni tərk etmək barədə düşünür. Bu, həm Çinin Tayvana qarşı mümkün hərbi hücumu, həm də Pekinin koronavirusa qarşı mübarizə üsulları ilə əlaqəlidir. Pekin koronavusla mübarizədə ən sərt üsullardan yararlanır. Qapanmalar Çində çalışan Avropa şirkətlərinin fəaliyyətinə mənfi təsir edib. Çindəki Avropa şirkətlərinin təxminən 20 faizi kapitallarını Cənubi Asiyanın digər ölkələrinə yönəltməyi planlaşdırır. Bu arada ABŞ prezidenti Co Baydenin Honkonqdakı vəziyyətlə əlaqədar ABŞ-ın Çinə qarşı sanksiyalar rejimini daha bir il uzatması diqqəti çəkib. Ağ Evin yaydığı bəyanatda Çinin Honkonqun muxtariyyətini pozmağa yönəlmiş hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhlükə kimi qiymətləndirilib. Çin parlamenti 2020-ci ilin yayında Honkonqda milli təhlükəsizliyin təmin edilməsi haqqında qanun qəbul edib. Pekin bu qanunu terrorizm, separatizm, dövlət hakimiyyətinə zərbə vurmaq, xarici qüvvələrlə sövdələşmə təhlükələrinə qarşı mübarizə məqsədi daşıdığını vurğulasa da, Ağ Ev bunu Honkonqun muxtariyyətinin pozulması kimi qəbul edib".
Rahib
-
Sağlamlıq01:11Ağcaqanadlar ən çox onları SANCIR
-
Magazin200:15İtkin düşmüş rejissor döyüşlərdə həlak olubmuş...
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sərhəddə alov torpağa toxunur
-
Dünya19 Aprel 23:246,2 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
İdman19 Aprel 22:12Türkiyə klubu 5 ildən sonra geri dönür
-
Avropa19 Aprel 21:48Zelenskidən terror aktından sonra KRİTİK AÇIQLAMA - İslahatlar başlayır
-
Region19 Aprel 21:00ABŞ Hörmüz boğazına PUA-lar göndərdi
-
Sosial19 Aprel 19:48Miri Yusif qızı ilə - VİDEO





































