Digər
Üç ölkə BRICS-ə daxil olmağı planlaşdırır - biri Türkiyədir
Səudiyyə Ərəbistanı, Türkiyə və Misir BRICS-ə daxil olmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə “İzvestiya”ya BRICS Beynəlxalq Forumunun prezidenti Purnima Anand bildirib.
O qeyd edib ki, birliyin 2023-cü ildə Cənubi Afrika Respublikasında keçiriləcək növbəti sammitində bəzi dövlətlərlə bağlı müzakirə aparıla və mümkün qərar qəbul edilə bilər.
“Çin, Rusiya və Hindistan iyunun 23-24-də Pekində virtual formatda keçirilən birlik liderlərinin 14-cü sammiti zamanı BRICS-ə yeni ölkələrin qəbulu məsələsini müzakirə edib. Bütün bu ölkələr üzv olmaqda maraqlı olduqlarını nümayiş etdiriblər və üzvlük üçün müraciət etməyə hazırlaşırlar. Düşünürəm ki, bu, yaxşı addımdır, çünki genişlənmə həmişə müsbət qarşılanır. Bu, BRICS-in bütün dünyada təsirini açıq şəkildə artıracaq”, - deyə Anand bildirib.
BRICS-də Rusiyadan olan su-şerpa Pavel Knyazev bildirib ki, Rusiya Federasiyası ölkələrin birliyə göstərdiyi marağı alqışlayır, lakin yeni üzvlərin daxil olması üçün dəqiq meyarlar hazırlanmalıdır.
“İzvestiya”ya müsahibə verən ekspertlərin fikrincə, Səudiyyə Ərəbistanı, Misir və Türkiyə potensial perspektivli namizədlərdir, lakin onların üzvlük prosesi sürətli olmayacaq.
BRICS (ingiliscə Brazil, Russia, India, China, South Africa sözlərinin ilk hərfi) beş ölkədən ibarət qrupdur.
Səxavət
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ






















.jpg)














