Digər
Prezidentliyə namizədlər bəlli oldu
Şri-Lankada iyulun 20-də keçiriləcək prezident seçkisində mübarizə aparacaq namizədlər müəyyənləşib.
Publika.az xəbər verir ki, müxalifətin lideri Sacit Premadasanın namizədliyini geri götürməsi ilə dövlət başçısı postu uğrunda seçkiyə qatılanların sayı 3-ə düşüb.
Onlar hazırki baş nazir (prezident səlahiyyətlərini müvəqqəti icra edən-red.) Ranil Vikramasinkhi, parlament üzvləri Anura Kumara Dissanayek və Dullas Alahapperumadır.
Qanunvericiliyə uyğun olaraq prezidenti parlament seçəcək. Yeni prezident əvvəlki dövlət baçısı Qotabaya Racapaksanın səlahiyyət müddətindən qalan 2 il ərzində vəzifədə olacaq. 2024-cü ildə növbəti ölkədə yeni prezident seçkisi keçiriləcək.
Qeyd edək ki, Şri-Lanka 1948-ci ildə müstəqillik əldə etdikdən bu yana ən dərin iqtisadi böhran yaşayır. Şri-Lanka xarici valyuta, yanacaq və neft məhsulları, gübrə, qida məhsulları, həmçinin tibbi preparatların qıtlığı ilə üzləşib. Bu səbəbdən əhalinin yaşayış səviyyəsi kəskin aşağı düşüb.
Tural Turan
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi

































