Digər
Bu ölkə yeni prezidentini seçdi
Şri-Lanka parlamenti daxili səsvermə yolu ilə dövlət başçısı vəzifəsini icra edən 73 yaşlı sabiq baş nazir Ranil Vikramasinqhi yeni prezident seçib.
Publika.az xəbər verir ki, 225 parlament üzvündən 134-ü Ranil Vikramasinqhin lehinə səs verib.
Onun əsas rəqibi, hakim partiyadan olan deputat Dullas Alahapperuma isə cəmi 82 səs toplayıb.
Ranil Vikramasinqh bundan öncə Birləşmiş Milli Partiyanın lideri kimi iki dəfə prezidentliyə namizədliyini irəli sürsə də, qanunvericilərin kifayət qədər səsini toplaya bilməmişdi.
Xatırladaq ki, Şri-Lankada kəskin iqtisadi-sosial böhran səbəbindən başlayan kütləvi aksiyalar və güclü etirazlar fonunda ölkəni tərk edərək Sinqapura gedən prezident Qotabaya Racapaksa iyulun 15-də vəzifəsindən rəsmən istefa verib.
Tural Turan
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
























.jpg)













