Digər
Rusiya öz qazını hansı tərəfə yönəldəcək?
Rusiya Avropa ölkələrinə qaz nəqlini azaldıb. Brüssel Avropa Birliyi ölkələrini xəbərdar edib ki, ümumiyyətlə bu qış Rusiyadan qaz almaya bilərlər. Moskva özü də Avropaya qaz ixracını dayandırmağa hazırlaşır. Avropa alternativ bazarlar axtarır. Brüsselin Bakı ilə imzaladığı enerji sazişi də bununla bağlıdır.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Kremlin ümidi Çin bazarınadır:
"Rusiya Avropaya sata bilməyəcəyi qazı Çinə nəql etməyi planlaşdırır. Ancaq hazırki rəqəmlər Kreml üçün ümidverici deyil. Rusiya hazırda Çinə il boyu 4.5 milyard dollar dəyərində qaz sata bilir. Kremlin Çinə uzanan qaz xəttini genişləndirmək üçün ən azı 30 milyard dollar yatırım qoyması lazımdır. İndiki sanksiyalar rejimində Rusiyanın valyuta ehtiyatı tükənə bilər. Çinin illik qaza olan tələbatı 340 milyard kubametrdir. Çinin iqtisadiyyatı artdığından 2025-ci il üçün qaza olan tələbatı 450 milyard kibametrə çata bilər. Ancaq Pekin qaz idxalında bir dövlətdən asılı olmaq istəmir. Rusiya Çinə qazın nəqlində sadəcə üçüncü sırada qərar tutub. Rusiya keçən il Çinə cəmi 16 milyard kubametr qaz nəql edə bilib. Bu, Çinin qaza olan tələbatının 10 faizi deməkdir. Çin qazı Mərkəzi Asiya ölkələrindən də idxal edir".
E.Şahinoğlu vurğulayıb ki, Rusiyalı ekspertlər Çinin Rusiya üçün Avropa bazarını əvəz edəcəyi məsələsində o qədər də nikbin deyillər:
"Rusiya 2021-ci il ərzində Avropa ölkələrinə 155 milyard kubametr qaz nəql etmişdi. Bu həcmin tamamını Çinə yönəltmək praktik baxımdan mümkün deyil. Rusiyanın “Qazprom” şirkəti 2025-ci il üçün Çinə qaz nəqlini 50 milyard kubametrə çatdırmaq istəyir. Bu məqsədlə iki ölkəni birləşdirən “Sibirin gücü” qaz kəmərindən istifadə ediləcək. Ancaq bu xəttin imkanları məhduddur. Ona görə də Rusiya sürətlə “Sibirin gücü – 2” kəmərinin tikintisini bitirməyə çalışır. Amma çətinlik bu xəttin Sibirdəki zəngin qaz yataqlarına uzadılmalıdır. Müxtəlif hesablamalara görə 1400 kilometrlik boru çəkilməlidir. Bunu isə ən yaxşı halda 2027-ci il üçün bitirmək olar. Digər tərəfdən, yeni boru xəttinin tikintisinə əlavə təxminən 14 milyard dollar xərclənməlidir. Beləliklə, Rusiya Avropa bazarından imtina etsə də, ən azı 5 il ərzində bu bazarı əvəz edəcək məkan tapa bilməyəcək. Bu o deməkdir ki, Rusiyanın 5 il ərzində "mavi yanacaq" satışından gəlirləri və büdcəni doldurmaq üçün resurslar azalacaq".
Rahib
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi

































