Digər
Çin silahı altında səfər: Pelosi Tayvana bu bəhanə ilə gedəcək
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin olduğu təyyarə texniki nasazlıq və ya yanacaq doldurma ehtiyacı bəhanəsi ilə Tayvana enə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Global Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, bununla bağlı “Çin hərbi patrulları, radarları, eləcə də təlimlərdə iştirak edən qüvvələr yaxın günlərdə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməlidir”.
“Global Times”onu da yazır ki, əgər Pelosi təyyarəsində həqiqətən problemlər varsa, o zaman Çin ordusu müdafiəni təmin edə və onun Cənubi Çin dənizindəki Haynan əyalətinin Sanşa hava limanına və ya materik Çindəki digər hava limanlarına enməsinə icazə verə bilər.
Çinin Renmin Universitetinin professoru Diao Daming deyib ki, Tayvanın Pelosinin rəsmi səyahət proqramında olmaması “Çinə birbaşa və açıq şəkildə meydan oxumağa cəsarət etmir” demək anlamına gəlir. Bununla belə, o, Tayvanı ziyarət etmək cəhdlərini istisna etmir.
Çin daha əvvəl Pelosinin Tayvana səfər edəcəyi təqdirdə qətiyyətli addım atacağı ilə hədələyib. Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei isə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi səfərini ləğv etməsə, Çin ordusunun bunun qarşısını almaq üçün addımlar atacağını bildirib.
Akqabay
-
Maraq dünyası12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?
-
Yaxın Şərq12:14İranda radikallar güclənir: Trampa qarşı “qorxutma” siyasəti işə yaradı
-
Rəsmi xronika11:23İlham Əliyev Zaur Əhmədovu səfir vəzifəsindən geri çağırdı
-
Rəsmi xronika09:43Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO
-
ABŞ09:12ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı
-
MDB09:00Xəzər pələngi vəhşi təbiətə qaytarılır
-
Sosial08:36Bu rayonların bir hissəsi qazsız qalacaq
-
Qadın08:00Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ





























.jpg)










