Digər
Pelosinin təyyarəsinin hərəkətini izləyən sayt fəaliyyətini dayandırdı
Təyyarələrin hərəkətlərini real vaxt rejimində nümayiş etdirən İsveçin “FlightRadar24” saytı işini dayandırıb.
Publika.az xəbər verir ki, sayta daxil olmaq istəyərkən xəta haqqında məlumat verilir.
Saytın bağlanmasına səbəb kimi ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin marşrutunu izləməyə çalışan istifadəçilərin rekord sayda ziyarət etməsi nəticəsində serverin həddindən artıq yüklənməsi olduğu güman edilir.
Digər təyyarə izləmə xidməti “Plane Finder” Pelosinin marşrutunu uçuş monitorinqindən çıxarsa da, işini dayandırmayıb.
Bundan əvvəl bütün dünyada 300 000-dən çox insan “FlightRadar24” saytında ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin təyyarəsini izləməyə qoşulmuşdu. Pelosinin təyyarəsinə diqqətin artması onunla bağlıdır ki, mətbuatda yayılan məlumatlara görə, spiker bu gün Çinin öz ərazisinin bir hissəsi hesab etdiyi, lakin faktiki müstəqil dövlət olan Tayvana səfərə hazırlaşır. Siyasətçinin planları Pekində son dərəcə mənfi qarşılanıb və onun Taypeyə səfəri halında sərt reaksiya vəd edilib.
Akqabay
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO














.jpg)










.jpg)














