Digər
Tayvan ELAN ETDİ: Pekinə bu cür CAVAB verəcəyik!
Taypey Pekinin Tayvan boğazında hərbi fəallığını artırmasına öz müdafiəsini və ABŞ-la əməkdaşlığı gücləndirməklə cavab verəcək.
Publika.az xəbər verir ki, bu barədə Tayvan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
“Hazırkı vəziyyətdə hökumət müdafiə qabiliyyətini artırmaqla yanaşı, ABŞ və digər həmfikir ölkələrlə də sıx əlaqə və əməkdaşlığı davam etdirəcək, qaydalara əsaslanan beynəlxalq asayişi birgə qoruyacaq, regionda eskalasiyanın qarşısını alacaq. Eyni zamanda Tayvan boğazında, eləcə də bütün Hind-Sakit okean regionunda sülhü, sabitliyi və rifahı qoruyacaq”, - bəyanatda deyilir.
Tayvanın Xarici İşlər Nazirliyi Pekinin bölgədəki hərbi fəaliyyətinin “dünya nizamına meydan oxuduğunu, Tayvan boğazında sülh və sabitliyi pozduğunu” bildirib. Hesabatda deyilir ki, Taypeydə xüsusi narahatlıq doğuran məqam Pekinin xarici təyyarə və gəmilərin təlim zonasına daxil olmasına qadağa qoyması olub. Qeyd olunub ki, bu, beynəlxalq ticarətə və logistikaya ciddi təsir göstərir.
Pekinin etirazlarına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi dünən axşam Tayvana gəlib. Bu səfər son 25 ildə bu rütbəli amerikalı siyasətçinin adaya ilk səfəri kimi tarixə düşüb. Çin dəfələrlə Amerika tərəfinə xəbərdarlıq edib ki, səfər baş tutsa, nəticəsiz qalmayacaq və sərt tədbirlər görüləcək. Buna cavab olaraq Pekin sahil boyu və Tayvan ətrafındakı altı ərazidə canlı atəş və raket atışları ilə bir sıra genişmiqyaslı hərbi təlimlərə başladığını elan edib.
Akqabay
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
















.jpg)

















