Digər
Çin Tayvana hücum edərsə... - Politoloq AÇIQLADI
"Çinlə ABŞ arasında birbaşa toqquşmanın olması real deyil. Ancaq istənilən halda gərginlik artmaqda davam edir. Bu cür hadisələrin olması tərəflər arasındakı münasibətlərə mənfi təsir edir".
Bunu Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq qeyd edib ki, Pelosinin Tayvana səfər etməsi regionda hərbi-siyasi vəziyyəti daha da gərginləşdirib:
"Çinin keçirdiyi təlimlər bundan sonra da davam edə bilər. Adıçəkilən ölkə tərəfindən yeni bir mühasirə sisteminin qurulması istisna deyil. Çinin Tayvana birbaşa müdaxilə etməsi indiki situasiyada real görünmür. Çünki, bu hərbi plana əl atsa, Çini çox ağır fəsadlar gözləyir".

İ.Vəlizadə vurğulayıb ki, Çin Tayvana hansısa formada hücum edərsə, tək ABŞ ilə deyil, Avropa dövlətləri ilə də münasibəti korlanacaq:
"Çinin belə bir addım atması regional güclərin ona münasibətinin dəyişməsinə gətirib çıxara bilər. Yaponiya, Cənubi Koreya kimi ABŞ-ın müttəfiqi olan ölkələrlə də münasibətləri pozula bilər. Bunlar Çinin planlarına uyğun deyil. Çünki adıçəkilən ölkə özü üçün siyasi-strateji hədəflər qoyub. Çin həm də çalışır ki, Amerikadan daha güclü bir dövlət olsun. Belə bir gərginliyin yaranması onun bu siyasətinə müəyyən qədər təsir edir. Yəni Pekinin Tayvana birbaşa hücum etməsi bütün planlarını alt-üst edəcək. Çin siyasi imicinə zərər gəlməsin deyə, qarşı tərəfə yaxın olan ərazilərdə təlimə başlayıb. Tayvana müəyyən iqtisadi məhdudiyyətlərin qoyulacağı istisna olunmur. Yəni Çinin təsir imkanları var və bu rıçaqları işə salmaqla qarşı tərəfə cavab verə bilər".
Rahib Ələsgərov
-
Maraq dünyası12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?
-
Yaxın Şərq12:14İranda radikallar güclənir: Trampa qarşı “qorxutma” siyasəti işə yaradı
-
Rəsmi xronika11:23İlham Əliyev Zaur Əhmədovu səfir vəzifəsindən geri çağırdı
-
Rəsmi xronika09:43Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO
-
ABŞ09:12ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı
-
MDB09:00Xəzər pələngi vəhşi təbiətə qaytarılır
-
Sosial08:36Bu rayonların bir hissəsi qazsız qalacaq
-
Qadın08:00Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ






























.jpg)









