Digər
Çin ordusu Tayvan yaxınlığındakı hədəflərə zərbələr endirdi
Çin silahlı qüvvələri təlimlər zamanı Tayvan boğazının şərq hissəsində yerləşən hədəflərə uzaq məsafədən atəş açıb və zərbələr endirib.
Publika.az xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Döyüş Komandanlığının Şərq Bölgəsinin bəyanatında deyilir.
Məlumata görə, təlimdən gözlənilən nəticələr əldə edilib.
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri fonunda avqustun 4-də Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafındakı altı bölgədə irimiqyaslı hərbi təlimə başlayıb. Təlimlər avqustun 7-dək davam edəcək.
Tayvan Milli Müdafiə Nazirliyi Amerika nümayəndə heyətinin adaya səfərindən sonra Çinin təlimlərinə cavab verəcəyini vəd edib.
Bundan əvvəl “China Times” agentliyi Çinin iki təyyarədaşıyan gəmisinin - “Liaoning” və “Şandunq”un dənizə çıxdığını bildirmişdi. ABŞ Hərbi Dəniz Qüvvələri də öz növbəsində “Ronald Reagan” təyyarədaşıyan gəmisini, “Tripoli” və “Amerika” desant gəmilərini Tayvana göndərib.
Akqabay
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
















.jpg)

















