Digər
Çin danışıqları dayandırdı
Çin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra cavab tədbiri olaraq Vaşinqtonla bəzi ikitərəfli dialoq və əməkdaşlıq mexanizmlərini dayandırıb.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
XİN-in açıqlamasına görə, müdafiə sahəsində 3 dialoq mexanizmi, qeyri-qanuni miqrasiya, məhkəmə əməkdaşlığı, transsərhəd cinayətlər, narkotiklərlə mübarizə və iqlim dəyişikliyi sahələrində 5 dialoq mexanizmi ləğv edilib.
Müdafiə sahəsində Çin və ABŞ arasında Cəbhə Komandirləri dialoqu, Müdafiə Siyasəti Koordinasiyasının danışıqları və Hərbi Dəniz Məşvərət Anlaşması müzakirələrinin artıq keçirilə bilməyəcəyi bildirilib.
Tayvanı öz ərazisinin bir hissəsi kimi tanıyan Pekin Pelosinin səfərini onun suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirdiyini vurğulayıb və kəskin əks tədbirlər görəcəyi ilə bağlı xəbərdarlıq edib.
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi





















.jpg)



.jpg)















