Digər
Hiroşima qurbanları anıldı
Avqustun 6-da Yaponiyada II Dünya müharibəsinin son günlərində atom bombardmanına məruz qalan Hiroşima qurbanlarının xatirə mərasimi keçirilib.
Publika.az xəbər verir ki, Hiroşimanın Sülh Xatirə Parkında keçirilən mərasimə təqribən 3 min nəfər qatılıb. Mərasimdə BMT-nin Baş katibi Antonio Quterriş, Yaponiyanın Baş naziri Fumio Kişida, ümumilikdə 98 ölkənin diplomatları, o cümlədən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə iştirak ediblər. Rusiya və Belarusun nümayəndələri Ukrayna ətrafında baş verən hadisələrlə bağlı mərasimə dəvət edilməyiblər.
BMT-nin Baş katibi Antonio Quterriş son 12 ildə Hiroşimadakı mərasimi ziyarət edən ilk BMT rəhbəri olub.
Yerli vaxtla saat 8:15 dəqiqədə, atom bombasının 1945-ci ildə şəhərə atıldığı anda mərasim iştirakçıları bir dəqiqəlik sükutla faciə qurbanlarının xatirəsini anıblar.
Mərasimdə çıxış edən Hiroşima şəhərinin meri Matsui Kazumi bildirib ki, faciədən 77 il ötməsinə baxmayaraq bəşəriyyət hələ də nüvə silahının ləğvi uğrunda mübarizəni davam etdirir. Getdikcə daha çox ölkənin bu silahın ləğvi uğrunda hərəkata qoşulmasına baxmayaraq, bir sıra ölkələr atom silahının tətbiqindən danışır. İnsanlığı nüvə silahının ləğvi uğrunda daha fəal mübarizəyə dəvət edən mer, bütün nüvə düymələrinin basılmasının yolveriməzliyinə nail olmağa çağırıb. Nüvə silahına malik olan ölkələrin liderlərini Hiroşima və Naqasakiyə dəvət edərək, onları bu faciəni bir daha yaşamağa və nüvə silahının dəhşətlərinə qarşı durmağa çağırıb.
Xatırladaq ki, Hiroşimaya atılan atom bombası nəticəsində bir gündə 70 mindən 100 minədək insan həlak olub. 1945-ci ilin sonlarında bu qurbanların sayı 140 mini ötüb.
(AZƏRTAC)
-
Avropa08:10İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi
-
Magazin207:55Selenanın həyat yoldaşı yeni imici ilə gündəm oldu - Foto
-
Sosial07:15Qırğızıstanlı qadına Bakıda elə bir jest etdilər ki... - Çəkdiyi video marağa səbəb oldu
-
Magazin205:15"Kızılcık Şerbeti"nin 35 yaşında ölən aktrisası ilə bağlı şok iddia - Vəkili prokurorluğa müraciət etdi
-
İdman02:44Hakim Messiyə sarı vərəqə belə göstərmədi... - FİFA-ya şikayət
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məsələlər aydınlaşa bilər
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi













.jpg)






















