Digər
Danimarkadan Ukraynaya böyük DƏSTƏK: 1,5 MİLYARD AVRO
“Kopenhagen-Ukrayna-2022” (#CopenhagenUkraine2022) donor konfransında iştirak edən ölkələr rəsmi Kiyevə silah alınması üçün 1,5 milyard avro ayıracaq.
Publika.az xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri Morten Bedskov cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib.
“Ümumilikdə konfransda 1,5 milyard avrodan çox vəsait toplanıb. Üstəlik, bəzi ölkələr bu məsələni ölkə daxilində bir daha müzakirə edəcəklərini və ola bilsin ki, ianələrin həcmini daha da artıracaqlarını bildiriblər”, - o deyib.
M.Bedskovun sözlərinə görə, cümə axşamı elan edilən məbləğ yeni ianələrdir. Onlar silah istehsalı və alınması, Ukrayna hərbçilərinin təlimi və minalardan təmizləmə üçün sərf olunacaq: “Sentyabrda ölkələrin yeni iclası keçiriləcək və bu toplantıda digər məsələlərlə yanaşı, hazırkı konfransda ayrılan vəsaitlərin istifadəsi və yeni yardımların zəruriliyi müzakirə olunacaq”.
Qeyd edək ki, konfransda həmçinin Ukrayna üçün silah istehsalının maliyyələşdirilməsini artırmaq məqsədilə fondun yaradılması barədə razılıq əldə olunub. Fond Böyük Britaniya tərəfindən yaradılacaq.
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
















.jpg)
.png)







.jpg)














