Digər
Quterreşdən Zaporojya AES-lə bağlı ÇAĞIRIŞ
BMT-nin Baş katibi Antonio Quterreş Zaporojya Atom Elektrik Stansiyasının (ZNPP) ərazisində bütün hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. Onun sözlərinə görə, bu, hər hansı bir zərər fəlakətli nəticələrə gətirib çıxaracaq.
Publika.az xəbər verir ki, bu barədə dünya təşkilatının saytında dərc olunmuş bəyanatda deyilir.
“Mən stansiyanın bilavasitə yaxınlığında bütün hərbi əməliyyatları dərhal dayandırmağa, həmçinin stansiya obyektlərini və ya ətraf əraziləri hədəf almamağa çağırıram. Mən sizi bütün hərbi personalı və hərbi texnikanı stansiyadan çıxarmağa və bu əraziyə hər hansı digər hərbi qüvvə və ya hərbi texnikanın yerləşdirilməsinin qarşısını almağa çağırıram”, - deyə Baş katib yazıb.
Quterreş xatırladıb ki, hər hansı nüvə obyektlərinə mümkün hər hansı ziyan nəinki bilavasitə yaxınlıqdakı ərazilər, həm də region, eləcə də ondan kənarda fəlakətli nəticələrə səbəb ola bilər.
O, bütün tərəfləri “sağlam düşüncə nümayiş etdirməyə və Avropada bu cür ən böyük stansiya olan atom elektrik stansiyasının fiziki bütövlüyünə və təhlükəsizliyinə təhlükə yarada biləcək heç bir addım atmamağa” çağırıb.
Murad
-
Magazin221:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı











.jpg)






















.jpg)

