Digər
Dünya şöhrətli yazıçı Rüşdiyə görə ölümlə HƏDƏLƏNDİ: "Növbəti sizsiniz"
Məşhur "Harri Potter" əsərinin müəllifi C.K.Roulinq hücuma məruz qalan yazıçı Salman Rüşdiyə ictimai dəstək verdikdən sonra ölümlə hədələnib.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Yazıçı Tviter səhifəsində hadisəyə münasibət bildirib. "Dəhşətli xəbər. Özümü çox pis hiss edirəm. Qoy sağ olsun" deyə Roulinq yazıb.
"Narahat olma. Növbəti sizsiniz" deyə istifadəçilərdən biri onun yazısına cavab verib. Məqalədə qeyd olunur ki, yazıçı əvvəllər Rüşdiyə sui-qəsd cəhdində şübhəli bilinən Hadi Matara rəğbətini ifadə edən ekstremistdən hədələr alıb.
Xatırladaq ki, avqustun 12-də Salman Rüşdi Nyu-Yorkda hücuma məruz qalıb. O, bıçaqlanıb və vertolyotla xəstəxanaya aparılıb. Yazıçının köməkçisi Rüşdinin süni nəfəs aparatına qoşulduğunu açıqlayıb. "Xəbərlər məyusedicidir. Çox güman ki, Salman bir gözünü itirəcək, qolundakı sinirlər zədələnib, qaraciyərinə zərbə endirilib, o da zədələnib" - o, bildirib.
Murad
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə

























.jpg)














