Digər
Pekindən ABŞ-Tayvan sövdələşməsinə CAVAB: Növbəti TƏLİMLƏR başladı
Çin Silahlı Qüvvələri Tayvan adası ətrafında dənizdə və hava məkanında təlimlərə başlayıb.
Publika.az xəbər verir ki, Çin Müdafiə Nazirliyi manevrlərin “Taybey və Vaşinqton arasında sövdələşməyə cavab olaraq” həyata keçirildiyini bildirib. Dünən, avqustun 14-də amerikalı konqresmenlər Tayvana gəliblər.
Təlimlərin başlandığını Çin Xalq-Azadlıq Ordusunun döyüş komandanlığının şərq zonasının nümayəndəsi Şi İ elan edib. O, manevrlərin “döyüş hazırlığının artırılması” məqsədi daşıdığını bildirib. TASS xəbər verir ki, təlimlərin nə qədər davam edəcəyi və orada neçə nəfərin iştirak edəcəyi dəqiqləşdirilməyib.
Çin Müdafiə Nazirliyinin nümayəndəsi U Syan bildirib ki, Çin ordusu “Tayvanda separatizmin istənilən formasının və kənar müdaxilənin qarşısını qətiyyətlə almaq” da daxil olmaqla təlimləri davam etdirir. “Çin Xalq-Azadlıq Ordusunun döyüş komandanlığının şərq zonası müxtəlif qoşun növlərinin iştirakı ilə Tayvan ətrafında birgə döyüş təlimləri və patrulları təşkil etdi ki, bu da Tayvan-Amerika sövdələşməsinə qəti cavab və çəkindirici faktor olmalıdır”, - deyə o bildirib.
Çin hakimiyyəti Tayvanı öz ərazisi hesab edir. Pekin və Vaşinqton arasında münasibətlər ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin avqust ayında Çinin etirazlarına baxmayaraq adaya səfərindən sonra pisləşib. Çin hökuməti bildirib ki, konqresmenlərin Tayvana səfəri “odla oynamağa bənzər təhlükəli gedişdir”.
Səxavət
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə

























.jpg)














