Digər
BMT UYĞUR TÜRKLƏRİ ilə bağlı HESABAT hazırladı
BMT-nin İnsan Hüquqları Şurasının xüsusi məruzəçisi Tomoya Obokata “etnik və dini azlıqlarına mənsub şəxslərə təsir edən müasir köləlik” mövzusunda hesabat hazırlayıb.
Publika.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Çinin Sincan-Uyğur Muxtar Bölgəsində bəzi pozuntuların "insanlığa qarşı cinayət" ola biləcəyini və Rohinca müsəlman qadınlarının "təhlükəsizlik qüvvələri tərəfindən sistemli cinsi zorakılığa" məruz qaldığını bildirib.
Hesabatda köləliyin müasir formalarından biri olan uşaq əməyinin bütün dünyada ən pis formada mövcud olduğu vurğulanıb. Məlumata görə görə, Asiya, Sakit okean hövzəsi, Yaxın Şərq, Amerika və Avropa ölkələrində uşaqların 4-6 faizi, Afrikada 21,6 faizi, Saharaaltı Afrikada isə 23,9 faizi uşaq əməyindən istifadə edir.
Zərərçəkmiş və hökumət bəyanatları da daxil olmaqla, bir çox mənbələrdən əldə edilən məlumatların müstəqil qiymətləndirilməsinə əsaslanaraq, hesabatda “Uyğur türkləri, qazaxlar və digər etnik azlıqların Sincanda kənd təsərrüfatı və istehsalat kimi sektorlarda işləməyə məcbur edildiyi qənaətinə gəlmək olar”.
Çinin iki fərqli sistemdən istifadə etdiyinə diqqət çəkən hesabatda bunlardan birində azlıqların peşə vərdişləri təhsili və təlimi üçün nəzarətə alınaraq daha sonra işlərə yerləşdirildiyi qeyd edilib. Bildirilib ki, digər sistem kənd təsərrüfatı işçilərinin başqa işlərə köçürüldüyü fəhlə proqramı vasitəsilə yoxsulluğun azaldılmasıdır.
Rahib Ələsgərov
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi














081218_2.jpg)










.jpg)















