Digər
Quterreşdən qlobal ərzaq böhranı ilə bağlı ÇAĞIRIŞ
BMT-nin Baş katibi Antonio Quterreş Odessa limanına səfəri zamanı Rusiya və Ukraynadan qlobal ərzaq və gübrə bazarlarına maneəsiz çıxışa çağırıb.
Publika.az xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.
Təşkilatın baş katibi bildirib ki, həm Rusiya, həm də Ukraynadan daha çox ərzaq və gübrə ixracı bazarları daha da sabitləşdirmək və ərzaq qiymətlərini aşağı salmaq üçün çox vacibdir. Eyni zamanda, o qeyd edib ki, Odessada baş verənlər “həllin yalnız görünən hissəsidir”.
“Əhəmiyyətli olan və müdafiə etdiyimiz digər hissə sanksiyalara məruz qalmayan Rusiya ərzaq və gübrələrinin qlobal bazarlara maneəsiz çıxışla bağlıdır. Onların bazara qayıtması üçün bütün ölkələrin hakimiyyət orqanlarının və özəl sektorun əməkdaşlıq etməsi vacibdir”, - Quterreş qeyd edib.
O vurğulayıb ki, bu il gübrə olmasa, gələn il kifayət qədər qida olmaya bilər. BMT-nin baş katibi etiraf edib ki, o, Rusiya və Ukrayna ərzaqlarının dünya bazarlarına qaytarılması məqsədinə tam sadiqdir.
“Yalnız bütün tərəflər əməkdaşlıq etsə, bu, işləyəcək” - deyə o, yekunlaşdırıb.
Akqabay
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur












.jpg)



















.jpg)


