Digər
Yəhudilərə qarşı sui-qəsd törətmək istəyənlər AŞKAR EDİLDİ
İsrail iyun ayında Türkiyədəki vətəndaşlarının hücuma məruz qala biləcəyini açıqlamış və Türkiyəyə səyahət edilməməsi barəsində xəbərdarlıq etmişdi. Bundan sonra MİT Türkiyədə İsrail vətəndaşlarına və diplomatlarına hücum cəhdinin qarşısının alındığını bəyan etdi. İran mətbuatı ilk dəfə həmin hücumların arxasında kimin və hansı şəbəkənin olduğunu qeyd edib.
Publika.az xəbər verir ki, Qərargahı Londonda yerləşən “Asharq Al-Awsat” və “İran İnternational” telekanalları Yaxın Şərq və Ərəbistanla bağlı xəbərlərində bildirib ki, əvvəllər “Hələb qəssabı” kodu altında Suriyada xidmət etmiş İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandiri Türkiyədəki İsrail vətəndaşlarını hədəfə alıb. O, sahə əməliyyatlarına cavabdeh olduğunu iddia edib.
Xəbər kanalına danışan İnqilab Keşikçiləri Ordusunun keçmiş rəsmisi bildirib ki, ötən ilin noyabrında “Suriya suverenliyini kütləvi şəkildə pozduğuna” görə bu ölkədən qovulduğu bildirilən İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandanı general Cevad Qaffari Türkiyədə son 9 ayda İsrailliləri öldürmək üçün plan hazırlayıb.
Qeyd edək ki, Qaffari 2011-ci ildən, İran Suriyadakı vətəndaş müharibəsinə genişmiqyaslı müdaxiləyə başlayandan bəri Suriyadakı İran qüvvələrinin əsas komandirlərindən biri kimi göstərilir.
Rahib Ələsgərov
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
























.jpg)















