Digər
Çin ordusu ABŞ-a görə döyüş hazırlığı vəziyyətinə gətirildi
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki döyüş gəmisi Tayvan boğazında beynəlxalq sulardan keçərək Çin Silahlı Qüvvələrini (AF) həyəcan vəziyyətinə salıb. Bu fonda Çin Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.
Publika.az xəbər verir ki, bu barədə “Reterts” ABŞ Hərbi Departamentinə istinadən məlumat yayıb.
ABŞ Hərbi Dəniz Qüvvələri Amerika gəmilərinin Tayvan boğazından keçməsi ilə bağlı məlumatı təsdiqləyib. ABŞ-ın iştirak etdiyi bu cür əməliyyatlar 8 saatdan 12 saata qədər davam edir.
Hərbi Dəniz Qüvvələrindən bildirib ki, əməliyyat ABŞ-ın azad və açıq Hind-Sakit okeana sadiqliyini nümayiş etdirir.
Öz növbəsində Çin Xalq Azadlıq Ordusu Vaşinqtonun istənilən təxribatını dəf etməyə hazır olduğunu bəyan edib.
Bundan əvvəl Tayvan Su-30 da daxil olmaqla 35 Çin təyyarəsinin yaxınlaşması barədə məlumat vermişdi.
Eyni zamanda, Çin ABŞ Senatının üzvü Marşa Blekbernin Tayvana səfərinə görə ABŞ-a kəskin etirazını bildirib.
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı



















_(1).webp)



















