Digər
Mask atomla bağlı dünyaya ÇAĞIRIŞ ETDİ
“Tesla”-nın rəhbəri Elon Mask bildirib ki, bəzi ekoloqlar atom elektrik stansiyalarının bağlanmasını müdafiə etdikləri üçün “qeyri-insani” davranırlar.
Publika.az xəbər verir ki, o, bu barədə özünün tviter səhifəsində məlumat verib.
“Dünya ölkələri atom enerjisi istehsalını artırmalıdır! Atom elektrik stansiyalarının bağlanması milli təhlükəsizlik baxımından dəlilikdir. Ətraf mühitə zərər verən onların bağlanmasıdır” - deyə milyarder qeyd edib.
Hazırda dünyanın bir çox ölkələri bərpa olunan enerjinin güclü mənbəyi olan nüvə enerjisindən tədricən imtina edir. Bununla belə, ekspertlər Çernobıl və Fukusima AES-lərində baş verən qəzalardan sonra onun təhlükəsizliyi ilə bağlı narahatlıq keçirirlər.
Mask keçmişdə nüvə enerjisindən bərpa olunan mənbə kimi istifadənin güclü tərəfdarı olub. Bu ilin mart ayında “Business Insider”-ə verdiyi müsahibədə Mask təkcə atom elektrik stansiyalarını bağlamamağa deyil, həm də artıq bağlananları yenidən açmağa çağırıb.
Onun sözlərinə görə, bu, ilk növbədə kütləvi təbii fəlakət riski olmayan ölkələrdə edilməlidir. O, digər bərpa olunan mənbələr daha etibarlı olana qədər nüvə enerjisinin lazım olduğu qənaətinə gəlib.
Akqabay
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


















.jpg)







.jpg)


