Digər
GƏRGİNLİK ARTIR: Çin Tayvana 23 təyyarə və 8 gəmi göndərdi
Tayvanda hərbçilər Çin Xalq Azadlıq Ordusunun (PLA) 23 təyyarəsi və 8 gəmisinin yaxınlaşmasını qeydə alıb.
Publika.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyinin gündəlik hesabatında məlumat verilib.
Müdafiə departamenti bildirib ki, saat 17:00-a ( Bakı vaxtı ilə 13:00) Tayvan hərbçiləri adanın yaxınlığında 23 təyyarə və 8 PLA gəmisinin fəaliyyətini qeydə alıb. 3 J-11 qırıcısı, 2 J-10, 2 J-16, 1 Wz-10 helikopteri və 1 Y-8 sualtı qayıq əleyhinə təyyarə də daxil olmaqla 10 təyyarənin Tayvan boğazının orta xəttini keçdiyi bildirilir.
Tayvan buna cavab olaraq, vəziyyəti izləmək üçün ordusunu göndərib. Həmçinin həmin an adada zenit-raket kompleksləri aktiv olub.
Bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin Yeddinci Donanması öz raket kreyserlərinin Tayvan boğazından keçdiyini təsdiqləyib. Çin ordusu ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmilərinin Tayvan boğazında beynəlxalq sulardan keçməsindən sonra həyəcan vəziyyətinə gətirilib.
Akqabay
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı



















_(1).webp)



















