Digər
3 ölkə Şimali Koreyaya qarşı birləşdi
ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyanın yeni nüvə sınağına birgə cavab verəcəklərini açıqlayıb.
Publika.az xəbər verir ki, həmin ölkələrin təhlükəsizlik məsələləri üzrə müşavirləri Şimali Koreyanın raket sınaqlarından sonra bölgədə artan gərginliyi müzakirə etmək üçün ABŞ-ın Havay adalarının Honolulu şəhərində bir araya gəlib.
"Yonhap" xəbər agentliyinin verdiyi məlumata görə, görüşdə iştirak edən Cənubi Koreyanın təhlükəsizlik müşaviri Kim Sung-han Şimali Koreyanın bu il 6 nüvə sınağı keçirdiyini və bu sınaqlardan 7-ni həyata keçirsə, reaksiyalarının fərqli olacağını bildirib.
Xatırladaq ki, Şimali Koreya avqustun əvvəlindən 2-si qanadlı raket olmaqla 18 raket sınağı keçirib.
Koreya yarımadasının nüvə silahlardan təmizlənməsi ilə bağlı dialoq 2019-cu ildə Hanoyda keçirilən son görüşdən sonra dayanıb.
Onu da qeyd edək ki, Şimali Koreya bu il yeni raketləri sınaqdan keçirməyə başlayıb.
Pxenyanın 7-ci nüvə sınağına hazırlığı başa çatdırdığı barədə də məlumatlar var.
Tural Turan
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO














_(1).webp)
























