Digər
Dünyada fəthi mümkünsüz 5 ölkə hansıdır?
“Business Insider” nəşri dünyanın fəth edilməsi mümkün olmayan 5 ölkəsinin adını açıqlayıb.
Publika.az xəbər verir ki, bu ölkələr ABŞ, Rusiya, Əfqanıstan, Çin və Hindistandır.
“Bu ölkələr öz hüdudlarından kənarda güc nümayiş etdirə bilirlər: ABŞ kimi qlobal miqyasda və ya İran kimi regional miqyasda. Söhbət öz ərazilərini müdafiə etmək zərurətinə gəldikdə, bu ölkələr təslim olmaq fikrində deyillər” – məlumatda qeyd olunub.
Nəşr yazır ki, “Əfsanəvi dözümlülük hətta şaxtalı rus qışının ortasında da inkişaf edə bilər. Rusiyanın işğalı olduqca çətin məsələdir”.
ABŞ-a gəlincə, “işğalçıya təkcə ABŞ ordusu deyil, həm də 330 milyon amerikalı qarşı çıxacaq”, - deyə qeyd olunub.
“İşğalçı mülki əhali üzərində nəzarəti ələ keçirə bilsə belə, o, hələ də çox şiddətli amerikapərəst insanlardan toplanmış dünyanın ən təlimli ordusundan keçməli olacaq. Bundan sonra o, öldürülmədən həmin ərazini saxlamalıdır. ABŞ-da insanların sayından daha çox silah var və bu, bizim bildiyimiz silahlardır”, - portal yazır.
“Business Insider”-in məlumatına görə, Əfqanıstan relyefinin xüsusiyyətlərinə görə toxunulmazdır: “Əfqanıstanı ələ keçirməyi və saxlamağı çətinləşdirən, hər şeydən əvvəl ərazidir. Bu, dünyanın ən yüksək dağlarından bəziləri ilə əhatə olunmuş nəhəng bir səhradır. İstənilən ordu sadəcə dağlarda yoxa çıxa bilər”.
Eyni şey nəşrin “işğal etmək üçün nəhəng yer” adlandırdığı Hindistana da aiddir: “Hindistanın şimalında və şərqində möhkəm Himalay dağ keçidləri yerləşir. Quru səhralar Hindistanın şimal-qərb bölgələrinin təxminən yarısını təşkil edir. Cənub-qərbdə Hindistan rütubətli və tropikdir, bu da qoşunların enməsi üçün ərazini məhdudlaşdırır”.
Çini fəth etməyin mümkün olmamasının səbəbini “Business Insider” onun sıx əhalisi ilə əlaqələndirir: “Çində milyard yarım insan yaşayır”.
Akqabay
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO














_(1).webp)
























