Digər
Dünyanın savadsızlıq indeksi - RƏQƏMLƏR
Üçdə ikisi qadınlar olmaqla dünyada 771 milyon insan hələ də savadsızdır.
Publika.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Bölümünün – UNESCO-nun məlumatlarına görə, son 50 ildə xüsusilə gənc əhali arasında savadlılıq səviyyəsi xeyli artıb.
Buna baxmayaraq, 2020-ci ilin göstəricilərinə əsasən, dünyada üçdə ikisi qadınlar olmaqla 771 milyon yetkin insanın savadsızdır.
Bildirilib ki, dünyada gedən savaşlar - Əfqanıstan, Yəmən və Ukraynadakı müharibələr səbəbindən milyonlarla adamın yurd-yuvasından didərgin düşməsi təhsilə də mənfi təsir göstərib.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 2022-ci ildə Əfqanıstanda 700 min, son illərdə isə ümumilikdə təxminən 5,5 milyon insan evindən tərk etmək məcburiyyətində qalıb.
Ukraynada müharibədən zərər çəkmiş 7,1 milyon adam didərgin düşüb, 2000-dən çox məktəbə ziyan dəyib, 200-dən çox məktəb dağılıb.
“Covid-19” epidemiyası da təhsil prosesinə təsir edib.
Belə ki, pandemiyadan sonra 24 milyon nəfər tədrisə qayıda bilməyib. Onların da 11 milyonu qız və gənc qadınlardır.
Afrika və Cənubi Asiya regionunda savadlılıq səviyyəsi isə olduqca aşağıdır.
Bu göstərici Afrikada 34 faizdir və dünyada ən yüksək savadsızlıq dərəcəsidir.
Tural Turan
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO














_(1).webp)
























