Digər
III Çarlzın “gizli oğlu”: “Atam olmadığını sübut elə” - FOTO
Britaniya əsilli avstraliyalı Saymon Çarlz Dorani-Dey özünü Kral III Çarlzın və arvadı Kamillanın gizli oğlu adlandırır və monarxdan DNT testi tələb edir.
Publika.az-ın məlumatına görə, o, həmçinin Uilyama Uels şahzadəsi titulunun verilməsinə görə özünü təhqir olunmuş hiss etdiyini bildirib. 56 yaşlı kvinslendlinin sözlərinə görə, şahzadəyə yeni titulun verilməsi “onun üzünə dəyən qəfil zərbə” kimi olub.
“O, Uilyama belə bir titul verir və bəs mənim cavabım haradadır? DNT testi haradadır? Əgər mənim atam deyilsənsə, sübut et”, - deyə Dorany-Dey bildirir.
Avstraliyalı kral sarayına qohum olan bir ailə tərəfindən övladlığa götürüldüyünü və uşaq ikən Portsmutda yaşadığını iddia edir. Onun sözlərinə görə, sarayda işləyən nənəsi şahzadə Çarlz və Kamillanın onun “gizli bioloji valideynləri” olduğuna inandırıb.
Dorani-Dey həmçinin kral III Çarlz və həyat yoldaşına çox bənzədiyini iddia edir. O, monarxdan DNT testi tələb edir lakin hələlik heç bir cavab almayıb.
III Çarlzın “gizli oğlu” onu da bildirb ki, “valideynlərini” məhkəməyə verməyə hazırdır. O, iddiaları ilə bağlı sübut təqdim etməyə hazır olduğunu da deyib. (Oxu.az)
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını öldürdü
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı





















.jpg)







.jpg)










