Digər
Şiddətli döyüş gedir - Qırğızıstan PUA və helikopterləri qaldırdı
Qırğızıstan və Tacikistan atəşkəs elan etsə də, hazırda bölgədə şiddətli döyüş gedir.
Publika.az xəbər verir ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidmətindən bildirilib ki, onların mövqeləri Tacikistandan atəşə tutulub və “bəzi yerlərdə intensiv döyüşlər gedir”.
Məlumata görə, regionda vəziyyət gərgindir: “Tacikistan ərazisində Qırğızıstan sərhədlərinə əlavə qüvvə və vasitələrin, ağır və avtomobil texnikasının ötürülməsi qeydə alınır”.
Departament nümayəndəsi bildirib ki, Tacikistan qüvvələri Tamdıq sərhəd zastavasını atəşə tutmağa başlayıb.
Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi öz növbəsində Qırğızıstanı ölkədəki evləri və mülki obyektləri atəşə tutmaq üçün hərbi helikopterlərdən və döyüş pilotsuz uçan aparatlarından istifadə etməkdə ittiham edib.
“Birinci hüquq-mühafizə orqanlarının rəhbərlərinin görüşünə və atəşkəs elan edilməsinə baxmayaraq, saat yarım sonra Qırğızıstan tərəfi Bobojon, Qafurov, Vorux və Çorkuh istiqamətində qrup silahlarından və hərbi texnikadan atəş açmağa başlayıb”, - nazirliyin mətbuat mərkəzindən bildirilib.
Qeyd edilib ki, Qırğızıstan tərəfi Botken vilayətinin mərkəzindən Tacikistanın sərhədyanı rayonlarına əlavə qüvvə və vasitələri ötürür.
Daha bir məlumata görə, Tacikistanla sərhəddə baş verən münaqişə nəticəsində 87 qırğız yaralanıb. Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Beş nəfər ambulator müalicəyə göndərilib, ölənlərin sayı barədə hələlik məlumat verilmir. Nazirliyin məlumatına görə, qurbanların əksəriyyəti bədənin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları” – məlumatda deyilir.
Bundan əvvəl Tacikistan silahlı qüvvələri son atəşkəs razılaşmasına baxmayaraq, sərhəddəki qırğız yaşayış məntəqələrini atəşə tutmağa başlayıb.
Bundan əvvəl Qırğızıstanın sərhəd xidməti bəyan etmişdi ki, Tacikistan sərhəddə əvvəllər əldə edilmiş atəşkəsə dair razılaşmanı pozub.
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq







































