Digər
Dünyada COVID-19-la bağlı SON DURUM
Dünyada COVID-19 infeksiyasından rəsmən təsdiqlənmiş ölüm hallarının sayı 6,5 milyonu, koronavirusa yoluxanların sayı isə 608 milyonu ötüb.
Publika.az xəbər verir ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi məlumatlarından məlum olub.
ÜST pandemiyanın başlanğıcından indiyədək 608 328 548 yoluxma və 6 501 469 nəfərin ölməsi barədə məlumat alıb. Ötən gün ərzində yoluxanların sayı 499 868 nəfər, ölənlərin sayı 1 708 nəfər artıb.
Qeyd edək ki, ÜST statistik məlumatlarında yalnız yoluxmuş və ölənlər haqqında ölkələr tərəfindən verilən rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, yoluxma hallarının ən çox təsdiqi ABŞ-da qeydə alınıb - 94 237 260. Siyahıda sonrakı yerlərdə, Hindistan (44 522 777), Braziliya (34 558 992), Fransa (33 796 693) və Almaniyada (32 643 742) qərarlaşıb.
Dünyada koronavirusdan ən çox ölüm halı ABŞ-da qeydə alınıb: 1 041 323. Sonrakı yerlərdə Braziliya (685 121), ikinci yerdə Hindistan (528 273) qərarlaşıb.
Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi















.jpg)























