Digər
Sərhəddə toqquşma: Həlak olan qırğızların sayı artdı - YENİLƏNDİ
Tacikistanla sərhəddə baş verən silahlı toqquşma nəticəsində həlak olan Qırğızıstam vətəndaşlarının sayı 59 nəfər çatıb.
Publika.az xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata əsasən, yerli vaxtla saat 22:00 üçün toqquşma nəticəsində eyni zamanda 144 nəfər xəsarət alıb.
"Batken bölgəsindən verilən məlumatlara görə, daha 13 nəfərin cəsədi Batkenin səhiyyə təşkilatlarına daxil olub. Batken bölgəsində silahlı qarşıdurma nəticəsində ölənlərin ümumi sayı 59 nəfərdir", - deyə Nazirlikdən bildirilib.
xxx
17:26
Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı toqquşmalar zamanı ölənlərin sayı 46 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd edilib ki, silahlı toqquşmalar zamanı 140 nəfər yaralanıb.
“Batken vilayətindən alınan əməliyyat məlumatlarına görə, daha 10 nəfərin cəsədi Batkenin səhiyyə təşkilatlarına daxil olub. Batken bölgəsində silahlı qarşıdurma nəticəsində ölənlərin ümumi sayı 46 nəfərdir. 140 nəfər xəsarət alıb, onlardan 7-si ambulator müalicəyə göndərilib”-deyə, məlumatda vurğulanıb.
Qırğızıstan-Tacikistan sərhədində silah tətbiqi ilə münaqişə sentyabrın 14-də başlayıb. Batken və Leylek bölgələrində toqquşmalar olub. Məlumata görə, Tacikistan Qırğızıstanın yaşayış məntəqələrinə və sərhəd zastavalarına zərbələr endirmək üçün tanklar, zirehli transportyorlar, piyadaların döyüş maşınları, minaatanlardan, eləcə də çoxsaylı reaktiv yaylım atəş sistemlərindən istifadə edib.
xxx
10:27
Qırğızıstanın Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə baş verən qarşıdurmada ölənlərin sayını dəqiqləşdirib.
Publika.az xəbər verir ki, Batken vilayətində qurbanların sayı 24-dən 36-ya yüksəlib.
Nazirlik həmçinin 129 nəfərin yaralandığını, onlardan 7 nəfərinin ambulator müalicəyə göndərildiyini bildirib.
Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi isə sərhəd münaqişəsi zamanı 37 nəfərin öldüyünü bəyan edib.
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını öldürdü
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı




















.jpg)







.jpg)










