Digər
Rusiyaya yeni təzyiq forması - BMT HƏRƏKƏTƏ KEÇİR
BMT Baş Assambleyasının Nyu-Yorkda başlayan 77-ci sessiyası Rusiyaya Ukraynaya qarşı başlatdığı müharibəyə son qoymaq üçün təzyiq platforması rolunu oynayacaq.
Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Andrea Kalan bildirib.
Onun sözlərinə görə, BMT liderləri “Rusiyanın Ukraynaya qarşı müharibəsinin təşkilatın əsasını qoyduğu bütün fundamental prinsipləri pozduğunu” və “Rusiyanın BMT Nizamnaməsini pozduğunu” deyəcəklər.
“Bu müharibəyə son qoymaq üçün bütün ölkələr birlikdə çalışmalıdır” – Kalan qeyd edib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar bunun mümkün qədər tez baş verəcəyinə və Ukraynanın “uğurlu əks-hücum üçün bütün lazımi silah, avadanlıq və digər yardım növlərini” alacağına ümid edir: “Gördüyünüz kimi, Ukrayna indi bunu uğurla həyata keçirir”.
Kalan əlavə edib ki, çərşənbə günü Baş Assambleyanın sessiyasında çıxış edəcək ABŞ prezidenti Co Bayden də Ukraynaya dəstəkdən danışacaq: “BMT-də birlik Rusiyaya ən böyük təzyiqdir. Bu o demək deyil ki, sabah dəyişikliklər olacaq, lakin Rusiya Nyu-Yorkda bu təzyiqi, BMT-nin vahid səsini hiss edəcək”, - Dövlət Departamentinin sözçüsü vurğulayıb.
Akqabay
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi















.jpg)























