Digər
Kiyevdən Təl-Əvivə İranla bağlı TƏLƏB
Ukrayna Rusiya Silahlı Qüvvələrinin İrandan hərbi dəstəyinə dair kəşfiyyat məlumatı vermək istəyi ilə İsrailə müraciət edib.
Publikia.az xəbər verir ki, bu barədə “Axios” yüksək rütbəli İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Kiyev İranın “Shahed-136” pilotsuz təyyarələrinin döyüş bölgəsində görünməsi ilə bağlı xəbərlərdən təşvişə düşüb. Nəşrin mənbələrinin məlumatına görə, Ukrayna tərəfi İsrail hakimiyyətinə Yaxın Şərq problemlərinə dair xüsusi dialoq kanalı yaratmağı təklif edib.
Bu mövzuya İsrail Xarici İşlər Nazirliyinin Avro-Asiya Departamentinin rəhbəri Simona Halperinin Kiyevə səfəri zamanı toxunulub. O, Ukraynanın Yaxın Şərq və Şimali Afrika üzrə xüsusi nümayəndəsi Maksim Subx ilə görüşüb. Subx Təl-Əvivi Kiyevə hərbi yardım göstərməyə və anti-Rusiya sanksiyalarına qoşulmağa çağırıb.
Avqustun sonunda Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib ki, İran Rusiyaya Mohajer-6 və Shahed seriyalı pilotsuz uçuş aparatlarının partiyasını təhvil verib.
Moskva və Tehran Rusiya tərəfindən İran pilotsuz təyyarələrinin alınmasını dəfələrlə təkzib edib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bunu Amerika mediasının süni şəkildə yaratdığı və təbliğ etdiyi mövzu adlandırıb.
Akqabay
-
İdman00:45Kriştiano Ronaldo Georgina Rodrigezlə evləndi
-
İKT00:30"SpaceX" bu ölkəni "Starlink" rabitə bölgəsindən çıxardı
-
Magazin200:15Bir bölümdən görün nə qədər qazanacaqlar
-
Qoroskop00:00Günün ULDUZ FALI - Romantik həyatınızda isə xoş sürprizlər gözlənilir
-
İdman11 Avqust 23:48"Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi
-
İdman11 Avqust 23:31“Barsa” təsdiqlədi: Çarpaz bağ cırılıb
-
Nida Xəbər 11 Avqust 22:58"Naxçıvanın təhlükəsizliyi birinci şərtdir"
-
Rəsmi xronika11 Avqust 22:16Prezident Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış oldu - FOTO





















.jpg)











