Digər
Çin gəmiləri Yaponiya sularına daxil oldu - Tokiodan NOTA
Çinin 3 sahil mühafizə gəmisi Senkaku adaları yaxınlığında Yaponiyanın ərazi sularını pozub.
Publika.az xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, “2022-ci ilin 27-ci pozuntusu” kimi qeydə alınan fakt yerli vaxtla saat 03:15 radələrində baş verib.
Məlumata görə, Yaponiya patrul gəmiləri ölkənin balıqçı qayıqlarını izləyən Çin gəmilərinə ərazi sularını tərk etmələri üçün xəbərdarlıq edib.
Hadisəni Yaponiya hökuməti beynəlxalq hüququn pozulması kimi dəyərləndirib.
Bundan sonra, Tokyo rəsmi Pekinə diplomatik kanallarla etiraz notası göndərib.
Yaponiya Nazirlər Kabineti katibinin müavini Yosihiko İsozaki Çinin bu addımlarını "son dərəcə təəssüfedici və qəbuledilməz" adlandırıb.
Qeyd edək ki, Şərqi Çin dənizində yerləşən Senkaku adaları Yaponiyanın nəzarəti altındadır.
Tural Turan
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz













.jpg)

























