Digər
Rusiya ilə sülh müqaviləsi imzalamağa ümid edirik – Baş nazir
Yaponiyanın Baş naziri Fumio Kisida parlamentin plenar iclasında proqram nitqi söyləyib.
Publika.az xəbər verir ki, o, Yaponiya hökumətinin anti-Rusiya sanksiyalarını davam etdirəcəyini bəyan edib. Eyni zamanda Tokio Moskva ilə sülh müqaviləsi bağlamaq istiqamətindəki kursunu qoruyub saxlayır.
Kisidanın sözlərinə görə, Rusiyanın Ukraynadakı hərəkətləri beynəlxalq nizamın əsaslarını sarsıdıb. “Biz Rusiyaya qarşı sanksiyaları və Ukraynaya dəstəyi qətiyyətlə davam etdirəcəyik”, - deyə Yaponiyanın Baş naziri söz verib.
Fumio Kisida qeyd edib ki, Ukraynadakı hərbi əməliyyatlar səbəbindən Yaponiya-Rusiya münasibətləri ağır vəziyyətdədir. “Lakin ölkəmiz ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş siyasətə sadiq qalacaq”, - o vurğulayıb.
Kisida, həmçinin Şərqi Çin və Cənubi Çin dənizlərində vəziyyətin sürətlə pisləşdiyinə diqqət çəkib. “Ən vacib prioritet vəzifə ərazilərimizi, ərazi sularımızı və hava məkanımızı qorumaq üçün lazım olan müdafiə qabiliyyətini gücləndirməkdir”, - deyə Baş nazir əlavə edib.
Rusiya mart ayında Kuril adalarının statusu və sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlardan imtina edib, həmçinin Kuril adalarında yaponlar üçün vizasız rejimi ləğv edib. Bunun fonunda Yaponiya 2003-cü ildən bəri ilk dəfə olaraq Cənubi Kuril adalarını qanunsuz işğal olunmuş ərazilər adlandırıb. Aprel ayında Yaponiya da Rusiya ilə vizasız rejimi dayandırıb. Sentyabrda Rusiya Federasiyası Kuril adalarına asanlaşdırılmış səfərlər haqqında sazişi ləğv edib, Yaponiya buna etirazını bildirib.
Səxavət
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını öldürdü
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO





















.jpg)







.jpg)










