Digər
Pekin Ukrayna ilə bağlı öhdəliyindən yayındı: “Bu, hipotetik sualdır”
Nüvə müharibəsi təhlükəsinin qızışdırılması Ukraynadakı vəziyyəti sakitləşdirməyə kömək etməyəcək, əksinə, odun üstünə yanacaq tökəcək. Pekin bütün tərəfləri təmkin nümayiş etdirməyə və nizamlanma üçün diplomatik səyləri dəstəkləməyə çağırır.
Publika.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Çin və Ukrayna 2013-cü ilin dekabrında “Dostluq və əməkdaşlıq haqqında müqavilə” və “Strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi haqqında Birgə Bəyannamə” imzalayıblar. Sonuncunun mətninə əsasən, Çin Ukrayna nüvə silahından istifadə ilə təcavüzün qurbanına çevrilərsə və ya bu cür təcavüz təhlükəsi olarsa Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsini təsdiqləyir.
Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyi təqdirdə, Çinin Ukraynanın təhlükəsizliyinə tam olaraq necə təminat verəcəyi sualına cavab verərək qeyd edib ki, “bu, hipotetik sualdır”.
“Çin nüvə silahı məsələsi ilə bağlı tərəflərin müvafiq bəyanatlarını nəzərə alıb. Nüvə müharibəsi ilə qalib gəlmək olmaz. Mövcud şəraitdə nüvə müharibəsi təhlükəsinin qızışdırılması vəziyyəti sakitləşdirməyə kömək etməyəcək, ancaq odun üstünə yağ tökəcək”, - deyə Çin Xarici İşlər Nazirliyi bildirib.
Çin hesab edir ki, bütün aidiyyəti tərəflər sakitliyi və təmkinliliyi qoruyub saxlamalı, Ukrayna böhranının sülh yolu ilə həllinə kömək etmək üçün bütün diplomatik səyləri dəstəkləməli və vəziyyətin deeskalasiyasını birgə təşviq etməlidir”.
Səxavət
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman13 Avqust 23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin113 Avqust 22:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO
-
Sosial13 Avqust 22:24Biləsuvarda qətl hadisəsi - 16 yaşlı şübhəli saxlanıldı





































