Digər
“Taliban”ın ölkədən qovduğu məşhur qadın nüfuzlu mükafat aldı
Yeddinci illik “Avrora” Qlobal Humanitar Mükafatı həyatının 25 ilini əfqan qadınları üçün təhsil imkanlarının təmin edilməsinə həsr edən təhsil işçisi, hüquq müdafiəçisi, “Nur” Təhsil və Bacarıqların İnkişafı Təşkilatının (NECDO) təsisçisi Cəmilə Əfqaniyə təqdim edilib.
Publika.az xəbər verir ki, 14-16 oktyabr tarixlərində İtaliyanın Venesiya şəhərində laureatların təltif olunma tədbirləri keçirilib.
“Avrora”nın missiyası Cəmilə Əfqani kimi xeyriyyəçilərin əməyini tanıtmaq, onları anmaq və dünyaya təqdim etməkdir. Bu müasir qəhrəmanlar bizi ruhlandırır və istiqamətləndirir, bizə zahirən aşılması mümkünsüz görünən çətinliklərin öhdəsindən necə gələcəyimizi göstərir. Onlar bizə ümumbəşəri insanlığımızı xatırladır və bizi eyni fədakarlıqla yoxsullara və təcrid olunmuşlara xidmət etməyə təşviq edir”, – deyə “Avrora” Mükafatı Seçim Komitəsinin sədri və London İmperial Kollecində Qlobal Sağlamlıq İnnovasiyası İnstitutunun həmdirektoru lord Ara Darzi bildirib.
“Avrora” mükafatının qalibi Cəmilə Əfqani 1 000 000 ABŞ dolları məbləğində mükafat və ianə zəncirini davam etdirmək üçün eksklüziv fürsət əldə edəcək. Cəmilə Əfqani Qadınların sülh və azadlıq uğrunda Beynəlxalq Liqası və “Nur” Təhsil və Bacarıqların İnkişafı Təşkilatına dəstək verəcək.
2021-ci ilin avqust ayına olan məlumata görə, “Nur təhsil və bacarıqların inkişafı” proqramı 100 000-dən çox qadın benefisiarları savadlılıq proqramlarına cəlb edib. Təşkilat, həmçinin ailə üzvü və ya partnyoru tərəfindən zorakılığa məruz qalmış 10 000-dən çox qadına hüquqi yardım və sosial-psixoloji dəstək göstərir.
“Taliban” ölkədə hakimiyyəti ələ keçirəndə Cəmilə Əfqani vətənini tərk etmək məcburiyyətində qalıb, lakin o, heç vaxt həmvətənlərini tək buraxmayıb. Bu gün də onun təşkilatı Əfqanıstan qadınlarını və həssas ailələrini dəstəkləməyə davam edir.
Qadınların Sülh və Azadlıq Uğrunda Beynəlxalq Liqası tərksilah, zorakılığın aradan qaldırılması, qadın hüquqları və gender bərabərliyinin müdafiəsi ilə dünya sülhünü təşviq etməyə çalışan, üzvləri olan beynəlxalq təşkilatdır. “Nur” Təhsil və Bacarıqların İnkişafı Təşkilatı (NECDO) Əfqanıstan qadınlarına, gənclərinə və uşaqlarına humanitar yardım göstərir və onlara inkişaf imkanı yaradır.
Səxavət
-
ABŞ02:4411 sentyabr terror aktının pərdəarxası: MKİ 71 məxfi sənədi yayımladı
-
Qoroskop01:40Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI






.jpg)







.jpg)



.jpg)
.jpg)







.jpg)





.png)




