Digər
Aİ Macarıstana pul verdi - Ukraynaya qarşı vetonu götürmək üçün
Bəzi mühüm məsələlərə vetonu ləğv etmək, o cümlədən Ukraynaya 18 milyard makro-maliyyə yardımı ayrılması üçün Brüssel Macarıstana pul ödəyəcək.
Publika.az xəbər verir ki,bu barədə “Politico” nəşri “Avropa həqiqəti” adlı məqaləsində yazır.
Aİ səfirləri Ukraynaya 18 milyard avroluq makro-maliyyə yardımı göstərilməsi qərarını yekdilliklə təsdiqləyiblər.
Bu formatda paket üzrə razılığın əldə olunması yaxın vaxtlara qədər, xüsusən də Macarıstanın mövqeyinə görə şübhə altında idi. Rəsmi olaraq Viktor Orban bəyan edib ki, Budapeşt blokdan birgə vəsait ayrılmasına qarşıdır. Ona görə də Brüssel “B planı” hazırlamağa başladı ki, Ukrayna hələ də ümumavropa deyil, 26 üzv ölkənin fərdi zəmanəti, Macarıstanın razılığı olmadan bu vəsaiti ala bilsin.
Onlar Aİ-də Ukraynaya dəstək verməklə bağlı fikir ayrılıqlarını nümayiş etdirməmək üçün bundan yayınmaq istəyirdilər.
Brüssel, qanunun aliliyi ilə bağlı problemlərə görə nəzərdə tutulmuş 7,5, habelə iqtisadiyyatın bərpası üçün 5,8 milyard avronu Macarıstana verməyib. Budapeşt də öz növbəsində Ukraynaya 18 milyard makro-maliyyə yardımının ayrılmasına və minimum qlobal korporativ vergi ilə bağlı razılaşmaya mane olub.
Bazar ertəsi Aİ-yə üzv dövlətlər Budapeştə 6,3 milyard vəsait buraxmağa razılaşıblar. Həmçinin Macarıstanın "covid" fondundan 5,8 milyard avro qrant alması planını da təsdiqləyiblər. Hansı ki, bəzi səbəblərə görə bir il yarım gecikirdi.
Ayşən Rəhim
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq














.png)





















