Digər
25 il cəza çəkdikdən sonra günahzsız olduğu bilindi
ABŞ-ın Corciya ştatından olan iki kişi törətmədikləri qətlə görə səhvən 25 il həbs cəzası çəkiblər. Yeni dəlillər ortaya çıxandan sonra onlar bəraət alıblar.
Publika.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Darrell Li Klark və Keyn Coşua Stori 15 yaşlı Brayan Boulinqi öldürməkdə şübhəli bilinərək həbs ediləndə 17 yaşları var idi. Brayan 1996-cı il oktyabrın 18-də ailəsinin səyyar evində başından aldığı güllə yarasından dünyasını dəyişib. Hadisədən bir neçə saniyə əvvəl Boulinq sevgilisi ilə telefonda danışırdı. Bu zaman Stori onunla birlikdə otaqda olub.
Stori adam öldürmədə ittiham olundu. Müstəntiqlər iki şahidi dindiriblər. Onların ifadələrindən sonra polis Boulinqin ölümündə Klarkın da əli olduğu qənaətinə gəlib. Bu iş üzrə məhkəmə prosesi 1998-ci ildə başlayıb və bir həftə davam edib. Yeniyetmələr qəsdən adam öldürmə ittihamı ilə ömürlük həbs cəzasına məhkum ediliblər.
2001-ci ildə Proof podkastının aparıcıları Susan Simpson və Yacinda Davis bu işin hərtərəfli təhqiqatına başlayıblar və iki əsas şahidi dindiriblər. Klarkın vəkilləri ədalətsiz ittihama yenidən baxılmasını və yeni prosesə başlanılmasını tələb edərək şikayətlər veriblər. Sənədlərdə ittiham tərəfinin yalan ifadələrə əsaslandığını sübut edən yeni məlumatlar təqdim ediblər. Hazırda 43 yaşlı Klark həbsdən azad edilib. Stori də qəsdən qətl törətdiyini etiraf edərək, istintaqla razılaşdıqdan sonra sərbəst buraxılıb. Cəza 10 ilə endirilib, baxmayaraq ki, artıq 25 il həbs cəzası çəkib.
Klark ailəsi ilə birlikdə Floyd qraflığında məskunlaşıb və həyatını yenidən qurmağı planlaşdırır. Stori də Floyda köçüb və məktəbi bitirib iş tapacağına ümid edir. Hakim Nidraç Corciya ştatı və Floyd dairəsi adından onlardan üzr istəyib.
Bundan əvvəl ABŞ sakininin, törətmədiyi qətlə görə səhvən 38 il həbs cəzası çəkdiyi və DNT testindən sonra sərbəst buraxıldığı bildirilmişdi.
Ayşən Rəhim
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 16 Oktyabr 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB16 Oktyabr 13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region16 Oktyabr 12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi



















.jpg)



















