Digər
Vaşinqton Moldova enerjisinə 42 milyon sərmayə qoyur
ABŞ-ın Kişinyovdakı səfiri Kent Loqsdon bildirib ki, Vaşinqton Moldova enerji sisteminə 42 milyon dollar sərmayə yatıracaq.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Səfirin sözlərinə görə, bu vəsaitlər enerji sektoruna cari problemlərin həllində dəstək olacaq və “təhlükəsiz enerji gələcəyinin inkişafına töhfə verəcək”.
"Ümumilikdə Moldova davamlı və ekoloji cəhətdən təmiz enerji sektorunun inkişafı üçün təqribən 60 milyon dollar alıb”, - o əlavə edib.
Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, ABŞ Ukrayna və Moldovada enerji sektoruna dəstək üçün Konqresdən 1,1 milyard dollar istəyib. Bu barədə o, Buxarestdə keçirdiyi mətbuat konfransında bildirib.
Noyabrın 10-da ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketini açıqlayacağını bildirib.
O bildirib ki, yeni hərbi yardım paketinə “Hawk” hava hücumundan müdafiə sistemləri (ADS) üçün raketlər, həmçinin “Stinger” raketləri ilə təchiz edilmiş dörd "Avenger" hava hücumundan müdafiə sistemi daxildir.
Ayşən Rəhim
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq














.png)





















