Digər
200 mindən çox ukraynalı bu ölkəyə viza alıb
Fevralın 24-dən bu günə qədər 150 minə yaxın ukraynalı Böyük Britaniyada məskunlaşıb. Eyni zamanda 200 minə yaxın vətəndaş viza alıb.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko məlumat yayıb.
Ukrayna səfiri bu rəqəmin tərəddüd doğurması məsələsinə aydınlıq gətirib: “Bəziləri Ukraynaya qayıdır, bəziləri daha uzun müddətə məskunlaşıb. Gələn ukraynalılar maddi yardım alıblar. Onlar üçün səhiyyə sistemində pulsuz proqramlar var. Gələnlərin yarısı artıq işlə təmin olunub".
O da bildirilib ki, gələn ildən 19 mindən çox ukraynalı əsgər Britaniyada təhsil alacaq.
Eyni zamanda, “The Times” Britaniyada Ukraynadan olan evsiz qaçqınların sayının aylıq 30% artdığını bildirib. Nəşr qeyd edir ki, “Ukrayna üçün evlər” proqramı çərçivəsində ailələr ayda 350 funt-sterlinq dövlət dəstəyi müqabilində Böyük Britaniyadan sığınacaq istəyən ukraynalılara ən azı altı ay müddətində yardım göstərməyi vəd ediblər. Ancaq bu müddətin sonunda təcili olaraq mənzil axtaran Ukrayna vətəndaşlarının sayı kəskin artıb.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq














.png)





















