Digər
Putin bu ölkəyə səfərə gedir
Rusiya prezidenti Vladimir Putin bazar ertəsi, dekabrın 19-da Minskə səfər edəcək və orada belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək.
Publika.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidmətinə yaxın Telegram kanalı məlumat yayıb.
Səfər çərçivəsində baş nazirlərin və bəzi nazirlərin iştirakı ilə geniş tərkibdə müzakirə nəzərdə tutulub. Müzakirə, ittifaq dövləti çərçivəsində inteqrasiya məsələlərinə həsr olunacaq.
Daha sonra Putin və Lukaşenko təkbətək formatda danışıqları davam etdirəcəklər. “Biz ticarət-iqtisadi əməkdaşlıq məsələlərindən, idxalın əvəzlənməsi və enerji sahəsində birgə layihələrdən danışacağıq. Dövlət başçıları, həmçinin təhlükəsizlik məsələlərinə üstünlük verəcək, regionda və dünyada vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq, yaranan çağırışlara cavab vermək üçün birgə tədbirləri müzakirə edəcəklər”, - deyə hesabatda bildirilir.
Putinlə Lukaşenko arasında mümkün görüş barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl məlumat vermişdi. O, tədbirin tam razılaşdırılmadığını bildirərək, dəqiq tarix açıqlamamışdı.
Ayşən Rəhim
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq














.png)





















