Digər
Zelenski Avropanın səbrini sınayır
Ukrayna prezidenti Vladimir Zelenski Avropa liderlərinin səbrini sınamağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb..
“Zelenskinin əhval-ruhiyyəsi Avropa liderlərinin səbrini sınamağa başlayıb”,- qəzetdə Ukrayna liderinin daha əvvəl Rusiya ilə danışıqlara getməyəcəyi yönündə dedikləri qeyd olunub.
Nəşrdə yazılan məlumata əsasən, Birləşmiş Ştatlar Ukraynadakı döyüşlərdən “okeanla ayrılıb”, ona görə də onların səbri daha artıqdır.
Həmçinin bildirilir ki, ABŞ prezidenti Co Bayden Rusiya ilə danışıqlar baxımından Zelenskiyə təzyiq etməyəcəyini dəfələrlə bəyan edib, lakin Ağ Evin adı açıqlanmayan müşavirlərinin fikrincə, seçilmiş kursu saxlamaq üçün Amerika lideri “Avropada lobbiçilik etməlidir”.
Bundan əvvəl Zelenski sülh danışıqlarına başlamaq üçün rus qoşunlarının çıxarılmasını və 1991-ci il sərhədlərinə qayıtmağı şərt adlandırmışdı. Ukrayna prezidentinin sözlərinə görə, yalnız bu, hərbi yoldan diplomatik yola dönməyə imkan verəcək.
Ayşən
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq














.png)





















