Digər
KTMT Ermənistanı tərk etmək fikrində deyil
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı İrəvandan üz döndərmək və ya Ermənistanı tərk etmək fikrində deyil.
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki,bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.
“KTMT Ermənistandan çıxmaq və ya üz döndərmək niyyətindədirmi? Əlbəttə yox. Dövlət başçıları üç dəfə görüşüb, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər, KTMT-nin müvafiq missiyası sərhədə göndərilib”.
KTMT-nin baş katibi qeyd edib ki, təşkilatın Ermənistan sərhədinə müşahidəçilər missiyasının göndərilməsi ilə bağlı təklifi qüvvədə qalır.
“Ermənistan Respublikası qərar qəbul etməyi zəruri hesab edərsə... bu, çox tez həyata keçirilə bilər”,- deyə odeyib.
Bundan əvvəl KTMT Ermənistana yardım üçün Azərbaycanla sərhədə missiya göndərilməsi də daxil olmaqla tədbirlər kompleksi təklif edib. Təşkilatın baş katibi Stanislav Zas Ermənistan və Azərbaycan sərhədində vəziyyəti “olduqca çətin” adlandırıb.
Noyabrın 23-də məlum olub ki, Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Bəyannamə layihəsini imzalamayıb. Paşinyan bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin tapılmaması həm Ermənistanın özündə, həm də onun hüdudlarından kənarda KTMT-nin imicinə zərbə vurur.
Ayşən
-
MDB10:50Rusiya Ukrayna tankerini belə vurdu - VİDEO
-
Avropa10:04Polşa Kiyevi niyə dəstəkləyir? - Nazir əsl səbəbi açıqladı
-
MDB09:37Keçmiş baş nazirdən şok iddia: "20 milyon əhalimiz qalıb!"
-
MDB09:19Rusiyadan Markaryana daha bir zərbə
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var










.jpg)























.jpg)



