Digər
Milyonlarla insan aclıqdan qurtulacaq
“Dünyada ərzaq böhranının yaranmaması üçün Qərb ölkələri anti-Rusiya sanksiyalarını nəzərdən keçirməli və düzəliş etməlidir”.
Publika.az xəbər verir ki, bu barədə politoloq Kamran Boxari Nihon Keyzai bildirib.
“Rusiyaya qarşı iqtisadi sanksiyalar qlobal ərzaq təhlükəsizliyinə ağır zərbə vurdu. Asiyada maliyyə çətinliyi yaşayan Şri-Lanka və Pakistan ərzaq qıtlığından ən çox əziyyət çəkən ölkələrdir. İndoneziya və Myanma Rusiya və Ukraynanın taxıl, gübrə tədarükündən asılı vəziyyətdədir”, - deyə Boxari bildirib.
Politoloqun sözlərinə görə, anti-Rusiya sanksiyaları gübrələrin daşınmasına təsir edir, tədarük zəncirini pozur. Bu səbəbdən sığorta və ticarətin maliyyələşdirilməsi xərcləri artır. Ona görə də Asiya ölkələri taxıl istehsalını genişləndirmək istəyir, lakin bunun üçün Rusiya, Ukrayna və Belarusdan gələn gübrələr fasiləsiz getməlidir.
O, əlavə edib ki, Rusiya gübrələrinə tətbiq edilən sanksiyaların aradan qaldırılması bütün dünyada ərzaq istehsalını artıracaq. Bunun sayəsində milyonlarla insan aclıqdan qurtulacaq.
Ayşən
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)























