Digər
Moldovada deputatların etirazı - Parlament buraxılsın
Moldovada parlamentin iclası zamanı müxalifət partiyalarından olan bir qrup deputat ölkənin qanunverici orqanının buraxılmasını və yeni seçkilərin keçirilməsini tələb edib.
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, Sosialistlər Partiyası və Kommunist Partiyasından olan parlamentarilər parlamentin tribunasını bağlayıblar.
“Kommunistlər və Sosialistlər Bloku işini itirmiş minlərlə jurnalistlə, problemlərlə üzləşən yerli hakimiyyət orqanları ilə, vətəndaşlarla həmrəylik nümayiş etdirir. Biz parlamentin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edirik”, - deyə Moldova qanunverici orqanının vitse-spikeri Vlad Batrinça bildirib.
Hər iki partiyanın nümayəndələrinin bildirdiyinə görə, onlar parlamentin iclaslarını boykot etmək niyyətindədirlər, çünki onun hazırkı tərkibi moldovalıların problemlərini həll etmir. Bundan əlavə, deputatlar dövlət və hakim partiyanın rəhbərliyi tərəfindən, o cümlədən mediaya münasibətdə senzuraya son qoyulmasına çağırıblar.
Ayşən
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)























