Digər
Müharibə ən zəngin ukraynalıların reytinqini inanılmaz formada dəyişdi - FOTO
2022-ci ilin 10 ayı üçün ən zəngin ukraynalıların reytinqi Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə əlaqədar dəyişib.
Publika.az xəbər verir ki, “Forbes”-in reytinqi göstərir ki, onların sərvəti fevralın əvvəli ilə müqayisədə 20 milyard dollardan çox azalaraq 22,5 milyard dollara düşüb.
Rinat Axmetov ən varlı ukraynalıların reytinqinə rəhbərlik edir, o, həm də ən çox itirənlərdən biridir. Dekabrda onun sərvəti 4,4 milyard dollara düşüb, fevralda isə 13,7 milyard dollar idi.
İkinci və üçüncü yerləri İT sektorunun nümayəndələri – “Grammarly”-nin sahibi Maksim Litvin və Aleksey Şevçenko tutub. Onların hər birinin sərvəti 4 milyard dollardan (fevralda) 2,3 milyard dollara düşüb.
Dördüncü və beşinci yerləri müvafiq olaraq metallurgiya biznesinin nümayəndələri Viktor Pinçuk (2,2 milyard dollar, fevralla müqayisədə mənfi 0,4 milyard dollar) və Konstantin Jevaqo (1,4 milyard dollar, mənfi 0,7 milyard dollar) tutur.
Ən zəngin onluğa Aleksandr və Qalina Gereqi (1,2 milyard dollar), Vlad Yatsenko (1,1 milyard dollar), Vadim Novinski (1 milyard dollar), Gennadi Boqolyubov (1 milyard dollar) və Sergey Tiqipko (870 milyon dollar) düşüb.
İkinci iyirmiliyə İT sektoru, kənd təsərrüfatı, yanacaq və digər biznes sahələrinin nümayəndələri daxildir.
“Forbes” qeyd edir ki, siyahıya bəzi digər ukraynalı milyarderlər, xüsusən də xəyanətdə təqsirləndirilən, Putinin xaç atası sayılan Viktor Medvedçuk, vətənə xəyanətdə şübhəli bilinən “Motor Siç”in sahibi Vyaçeslav Boquslayev və vətəndaşlığını itirmiş və ya bizneslə bağlı problemləri olan digər şəxslər daxil edilməyib.
Akqabay
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)























