Digər
ABŞ NATO-nun Asiya versiyasını yaradır - Kim Çen In
ABŞ Yaponiya və Cənubi Koreya ilə müttəfiqlik münasibətlərini gücləndirmək bəhanəsi ilə faktiki olaraq “NATO-nun Asiya versiyasını” yaradır.
Publika.az xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In dekabrın 31-də Koreya Fəhlə Partiyası (WPK) Mərkəzi Komitəsinin 6-cı plenumunda deyib.
Onun sözlərinə görə, ABŞ Yaponiya və Cənubi Koreya ilə üçtərəfli əməkdaşlığı təşviq edərək müttəfiqliyi gücləndirmək bəhanəsi ilə NATO-nun Asiya versiyası kimi yeni hərbi blokun yaradılmasına səy göstərir.
Kim Çen In qeyd edib ki, ABŞ və düşmən qüvvələr KXDR-in hərbi potensialının güclənməsi səbəbindən ciddi zərbə alıb: “Hazırda qorxu və təşvişdən titrəyirlər. Hərbi potensialımızı gücləndirmək üçün iki dəfə çox səy göstərməliyik. Nüvə silahlı qüvvələrinin əsas vəzifəsi müharibənin qarşısını almaq, sülhü və sabitliyi qorumaqdır. Ancaq bu cəhd uğursuz olarsa, onda özünü müdafiə etmədən başqa bir missiyanı yerinə yetirməyə hazırdır”.
Məlumata görə, bununla əlaqədar hücum zamanı dərhal cavab üçün nüvə zərbəsi endirməyə imkan verəcək yeni qitələrarası ballistik raketin hazırlanması tapşırığı verilib.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq



































