Digər
Narkotik karteli 72 saat vaxt verdi: Hədəfdə dövlət binaları, hərbi obyektlərdir
Sosial mediada Meksika hakimiyyəti tərəfindən həbs edilən narkotacir El Çaponun oğlu Ovidio Quzman-Lopezin azad edilməsi üçün Sinaloa narkotik kartelinin adından tələb yayılıb.
Publika.az xəbər verir ki, tələbdə deyilir ki, Quzman-Lopezin azad edilməsi ilə bağlı qərar vermək üçün hökumətin 72 saat vaxtı var, əks halda silsilə terror aktları başlayacaq.
Sinaloanın mesajında ticarət mərkəzləri, yanacaqdoldurma məntəqələri, eləcə də hərbi və dövlət obyektlərinə hücum ediləcəyi bildirilir.

Bundan əvvəl kartel, Kuliakan şəhərində iğtişaşlar törədib. Atışma nəticəsində bir neçə polis və mülki şəxs həlak olub, onlarla insan yaralanıb. 200-dən çox avtomobilin yandırılması, talan edilməsi halları qeydə alınıb.
O da bildirilib ki, silahlılar havaya qalxmağa hazırlaşan sərnişin təyyarələrini də atəşə tutublar.
Meksika səlahiyyətliləri vəziyyəti sabitləşdirə bildiklərini və Quzman-Lopezin Mexikoya aparıldığını, oradan da ABŞ-a ekstradisiya oluna biləcəyini söyləyib.
Akqabay
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq



































