Digər
Cənubi Koreya İsrailin PUA aşkarlanması sistemini alacaq
Cənubi Koreyanın silahlı qüvvələri pilotsuz uçan aparatların aşkarlanması üzrə İsrail istehsalı sistemini almağı düşünür.
Publika.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Agentlik bildirib ki, söhbət “Rafael Advanced Defense Systems” tərəfindən hazırlanmış “Sky Spotter” sistemindən gedir. O, dronlar, şarlar və uçurtmalar da daxil olmaqla hava obyektlərinin erkən aşkarlanması və izlənilməsi üçün nəzərdə tutulub.
Qeyd olunub ki, belə bir addım 2022-ci ilin dekabr ayının sonunda beş Şimali Koreya dronunun ölkəyə daxil olmasından sonra Cənubi Koreyanın Müdafiə Nazirliyinə yönəlmiş sərt tənqidləri fonunda atıla bilər.
Agentliyin həmsöhbətinin sözlərinə görə, hərbçilərin satın alma təklifi ilə hökumətə müraciət edib-etməyəcəyi ilə bağlı qərar yaxın həftələrdə veriləcək.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































