Digər
Dünyanın ən təhlükəli ölkələrinin adları açıqlandı: Siyahıda Azərbaycan...
2023-cü ildə hər 100 000 nəfərə düşən cinayətlərin sayına görə dünyanın ən təhlükəli üç ölkəsi Venesuela, Papua Yeni Qvineya və Cənubi Afrikadır.
Publika.az xəbər verir ki, bu barədə “World Population Review” araşdırma portalının nəticələrində qeyd olunub.
Yaş və cinayət arasında da güclü əlaqə var, əksər cinayətlər, xüsusən də zorakılıqla töprədilən cinayətlər 20-30 yaş arasında olanlar tərəfindən törədilir.
Bildirilir ki, Venesuelada hər 100 min nəfərə 80-dən çox cinayət törədilir. Analitiklərin fikrincə, bu, Rusiyadakından təxminən iki dəfə yüksəkdir.
Venesuela 83,76 cinayət indeksinə malikdir ki, bu da dünyanın istənilən ölkəsi arasında ən yüksək göstəricidir. ABŞ Dövlət Departamenti Venesuela üçün 4-cü səviyyə səyahət xəbərdarlığı edib və bu ölkəyə səyahət etməyin təhlükəli olduğunu bildirib. Venesuelada cinayət nisbətlərinin yüksək olması hökumətin korrupsiyası, qüsurlu məhkəmə sistemi və qanunun aliliyinin pozulması kimi səbəblərlə əlaqələndirilir.
Papua Yeni Qvineyada cinayət indeksi 80,79-dur. Ölkədə cinayət, xüsusən də zorakılıq cinayəti, ilk növbədə, sürətli sosial, iqtisadi və siyasi dəyişikliklərdən qaynaqlanır. “Raskol” dəstələri kiçik və irimiqyaslı cinayət fəaliyyəti ilə məşğul olur və əsasən az təhsilli və az iş imkanları olan üzvlərdən ibarətdir. Korrupsiya şəklində mütəşəkkil cinayət böyük şəhərlərdə də geniş yayılıb və yüksək cinayət nisbətinə böyük təsir göstərir. Bundan əlavə, Papua Yeni Qvineyanın coğrafiyası onu narkotik və insan alveri üçün cəlbedici edir.

Siyahıda 3-cü olan Cənubi Afrikada hücumlar, cinsi təcavüzlər, adam öldürmələr və digər zorakılıq cinayətləri nəzərəçarpacaq dərəcədə yüksəkdir. Bu, yüksək səviyyəli yoxsulluq, bərabərsizlik, işsizlik və sosial təcrid və zorakılığın normallaşması da daxil olmaqla bir neçə amillə əlaqələndirilib. Cənubi Afrika dünyada ən yüksək təcavüz nisbətinə malikdir. Bu ölkədə hər 4 kişidən 1-i təcavüz etdiyini etiraf edib.
Bu arada, Əfqanıstan siyahıda dördüncü yerdədir. Cinayət müxtəlif formalarda mövcuddur, o cümlədən korrupsiya, sui-qəsdlər, sifarişli qətllər, narkotik ticarəti, adam oğurluğu və çirkli pulların yuyulması. Əfqanıstan 2020-ci ildə dünya üzrə qeyri-qanuni tiryək istehsalının 85%-ni təmin edib.
Siyahıda Honduras beşinci, Trinidad və Tobaqo isə altıncıdır. Reytinqdə Quyana, El Salvador və Braziliya növbəti yerləri tutur. Yamayka dünyanın ən təhlükəli 10-cu ölkəsidir.
Azərbaycan siyahıda 103-cü pillədədir. Türkiyə 88, Rusiya 86, Gürcüstan 126, Ermənistan 127-ci, İran isə 48-ci yeri tutub.
Siyahı ilə daha ətraflı BURADAN tanış ola bilərsiniz.
Akqabay
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib















.jpg)





.png)
















