Digər
Nazarbayevlə bağlı ŞOK QƏRAR: Bundan sonra o və ailəsi...
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin ailə üzvləri əmlak və bank hesablarının toxunulmazlığı hüququnu itirəcək.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstanın ədliyyə naziri Azamat Yeskaraev bildirib.
Nazir bu hüququn “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında” qanunun qüvvədən düşməsi ilə əlaqədar itiriləcəyini izah edib.
“Hazırda qüvvədən düşən qanun ailə üzvlərinin əmlakına, hesablarına toxunulmazlığına təminat verirdi”, - deyə Yeskaraev izah edib.
“Eyni zamanda, toxunulmazlığın bütün təminatları, o cümlədən şəxsi toxunulmazlıq Qazaxıstanın eks-prezidenti üçün qalacaq”, - deyə o qeyd edib.
Xatırladaq ki, Qazaxıstan Parlamenti noyabrın 13-də hər iki palatanın birgə iclası zamanı “Qazaxıstan Respublikasının birinci prezidenti - Elbası haqqında” Qazaxıstan Respublikasının konstitusiya qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında qanunu qəbul edib.
Akqabay
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































